Sabah “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu haqda BakuPlus.az Bakı Metropoliteninin mətbuat xidmətinə istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
“Qarabağ” FK və Norveçin “Molde” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək oyunla əlaqədar Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada nəzarət mexanizmləri gücləndiriləcək.
“Qarabağ” – “Molde” oyunu 21 sentyabr saat 20:45-də başlayacaq.