Bakı Metropolitenində təlim keçirilib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti 30 dekabr tarixində məlumat yayıb.
Nazirliyin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri metronun “Xətai” stansiyasında növbəti yanğın-taktiki təlim keçirib.
Təlimin əsas mövzusu həmin stansiyada baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Sonda FHN-nin əməkdaşları metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
[URIS id=22536]