Bakıda avtobus marşrutlarından biri ləğv edilib. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xəttinin avtobusları ləğv edilib. Buna səbəb sərnişindaşımaların istismar vəziyyətinin qənaətbəxş olmamasıdır.
Alternativ olaraq sərnişinlər həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrut avtobuslarından istifadə edə bilərlər.