Bakının Nəsimi rayonunun 28 May küçəsində təmir işləri aparılır. Bu barədə bu gün, 14 avqust tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Təmir işləri Kövkəb Səfərəliyeva ilə Puşkin küçələri arasındakı 500 metrlik hissədə icra olunur. Köhnə asfalt-beton örtüyü frezlənərək çıxarılıb, hazırda yeni asfalt döşənir.
İşlərin təhlükəsizliyini təmin etmək məqsədilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılır. Növbəti mərhələdə təmir işləri Puşkin ilə Rəşid Behbudov küçələri arasındakı hissədə davam edəcək.