Paytaxtın Suraxanı rayonunda yolların təmiri davam edir. Bu haqda BakuPlus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 10 iyun tarixində xəbər verir.
Rayonun Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsinin məhəllədaxili yollarında təmir işləri gedir.
Uzunluğu 650, eni ortalama 6 metr təşkil edən küçəyə hazırda yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.
Suraxanı rayonu üzrə təmir işləri Bülbülə qəsəbəsinin 600 metr uzunluğa malik Samir Əliyev və Qaraçuxur qəsəbəsinin ümumi uzunluğu 2500 metr olan Şərq yaşayış massivinin yollarında da davam edir.