Nizami rayonunda yerləşən küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
27 aprel saat 09:00-dan 28 aprel saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsi ilə kəsişmədən Cəmşid Naxçıvanski küçəsi ilə kəsişməyə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qurum sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edib.