Bakının giriş-çıxışında quraşdırılan müvəqqəti karantin postları sökülür. Bu haqda bu gün, 16 aprel tarixində Lent.az məlumat verib.
Bildirilir ki, görüntülər Bakı-Şamaxı yolunda lentə alınaraq sosial şəbəkələrdə yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, postlar müvəqqətidir və artıq ehtiyac olmadığı üçün sökülə bilər.