Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlayıb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az agentliyin mətbuat xidmətinə istinadən xəbər verir.
Reydlər Binəqədi və Xəzər rayonlarında keçirilib. Obyektlərdə bir müddət əvvəl sökülmüş və yenidən quraşdırılmış qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 11 obyektdə görülüb.