Bakının Sabunçu və Xəzər rayonunda qanunsuz tikinti işləri aşkar edilərək dayandırılıb. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Sabunçu rayonunun Nardaran, Kürdəxanı və Xəzər rayonunun Buzovna qəsəbələrində icazə sənədləri olmadan tikinti işlərinin aparıldığı aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, o cümlədən yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə inşaatın işləri dayandırılaraq tikililər sökülüb.