top
Bakının “mərdlər məkanı”: Mərdəkan qəsəbəsi
13 oktyabr 2024, 07:00
- ↺ +

Bakının “mərdlər məkanı”: Mərdəkan qəsəbəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərdəkan qəsəbəsi (keçmişdə kənd) Bakı şəhəri, Xəzər rayonunun ərazisində yerləşən qədim yaşayış məskənidir.

“Mərdəkan” adı iki sözdən əmələ gəlib. Türk mənşəli “mərd” sözü və Orta Asiyada yaşamış “mardı”, “amardı” tayfası ilə bağlıdır. Herodot öz “Tarix” kitabında Mardları köçəri fars tayfaları adlandırırdı. Strabon, Eratosfenə istinad edərək, Hirkan (Xəzər) dənizi sahilində yerləşən və farslarla həmsərhəd olan tayfalar arasında Mardların adını çəkirdi. O, Mardları fars hökmdarlarını xərac verməyə məcbur edən dörd tayfanın arasına daxil edirdi. Mard adı azəri türkcəsində “qoçaq, cəsarətli, zirək, qeyrətli” mənasını verir, “kan” isə “yer, məkan” bildirir. Beləliklə, Mərdəkan – “mərdlər məkanı” kimi tərcümə olunur.

Orta əsrlərdə Mərdəkan yarımadanın strateji məntəqələrindən birinə çevrilmişdir. Tikilmə tarixi XII əsrə aid olan dördkünc qala və XIII əsrdə tikilmiş dairəvi qala (Şıx qalası) bunu sübut edir. Dördkünc və Şıx qalalarının yeraltı yolla bağlı olması ehtimal olunur. Qazıntılar zamanı qalaların yaxınlığında Şirvanşahlar dövrünə aid sikkələr tapılıb.

XVIII-XIX əsrlərdə Mərdəkanda Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və başqalarının bağları yerləşirdi. Tağıyevin qəbri də məhz burada – Pir Həsən adlanan ərazidədir. Həmçinin Mərdəkanda, keçmişdə Muxtarovun mülkü olan, Dendrari bağı da mövcuddur. Rus şairi Sergey Yesenin Dendrari bağı ərazisində bir müddət yaşamış və “Fars təranələri” əsərini burada yazmışdır. İndi həmin bağın divarında onun barelyefi vurulub və qəsəbənin mərkəzi küçəsi onun adını daşıyır.

Burada əsas təsərrüfat bağçılıqdır. Mərdəkanda ürək-damar üçün müalicə keyfiyyəti olan ağ və qara şanı üzüm növləri, əncir yetişdirilir.

Mərdəkan öz müalicə ocaqları ilə də tanınır. Burada kardioloji, mədə-bağırsaq, sinir-əsəb və digər xəstəliklərdən müalicə ocaqları (“Abşeron”, “Günəşli”, “Şağan” və s.) fəaliyyət göstərir.

1893-cü il statistik məlumatlarına görə Mərdəkanda ümumilikdə 1217 sakin yaşayırdı, 1960-cı ildə -10.2 min. 2000-ci illərin əvvəllərində Mərdəkan əhalisinin sayı 16.2 min nəfər təşkil edirdi, 2021-ci ildə isə bu rəqəm 25.2 min nəfərə çatıb.

Son xəbərlər

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Oxşar xəbərlər