Bakının mərkəzi küçələrindən birində hərəkət bağlanır. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Səbail rayonu, Zərifə Əliyeva küçəsinin Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Məhdudiyyət 5 avqust saat 06:00-dan etibarən 7 avqust saat 09:00-a qədər davam edəcək.