Bakı-Naxçıvan reysi barədə yeni xəbər var. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az AZAL-a isitinadən xəbər verir.
Aviadaşıyıcı şirkət təxirə salınmış reysləri yenidən bərpa edib. Bununla bağlı müvafiq cədvəl paylaşılıb.
“AZAL öz resurslarından maksimum istifadə edərək qısa müddətdə əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin sərnişinlərinin daşınmasını həyata keçirir”, - deyə şirkət əlavə edib.
Daha öncə AZAL Bakı-Naxçıvan-Bakı reyslərini bir neçə dəfə təxirə salmışdı.
[caption id="attachment_83950" align="alignnone" width="640"]
Foto AZAL-ın rəsmi Telegram kanalı[/caption]