Bakı-Naxçıvan aviareysi növbəti dəfə təxirə salınıb. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Naxçıvan ərazisində hava şəraitinin əlverişsiz olması səbəbindən təyyarələrin yola düşməsi təxirə salınıb.
AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Daha öncə Hava Yolları şirkəti uçuşları bir neçə dəfə bərpa edib və təxirə salıb.