Bakıdan Naxçıvana uçan təyyarə təyinat məntəqəsinə çatmayıb. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Hava Yollarına istinadən xəbər verir.
Bakı-Naxçıvan reysini yerinə yetirən J2-251 nömrəli hava gəmisi əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxta geri qayıtmağa məcbur olub.
Təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.