Ötən il Bakı Prokurorluğundan xaric edilən işçilərin sayı açıqlanıb. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
2022-ci il ərzində paytaxtın prokurorluq orqanlarında işini düzgün aparmadığına görə 12 nəfər töhmət alıb, 2 nəfər vəzifəsindən azad edilib.
Bununla bağlı prokurorluq əməkdaşlarından icra və əmək intizamının daha da möhkəmləndirilməsini tələb edilib.