Bakı-Quba yolu bağlanacaq. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Piyada keçidinin tikintisi ilə əlaqədar 2 yanvar 2023-cü il saat 01:00-dan etibarən 05:00-a qədər hər 2 istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Sürücülərdən Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur. Qurum yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.