Bakıda eşidilən partlayış səsinin səbəbi məlum olub. Bu haqda 28 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Bakıda səhər saatlarıda müxtəlif ərazilərində eşidilən partlayış səsinin səbəbi açıqlanıb. Fövqəladə Hallar Nazirliyi bildirilib ki, gurultu və partlayış səslərin səbəbi şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlıdır.
"Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.