Vəfat edən keçmiş Roma Papasının xatirəsi Bakıda yad ediləcək. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Roma Papası XVI Benediktin anım messası bu axşam Bakıdakı Müqəddəs Məryəm kilsəsində baş tutacaq.
XVI Benedikt 31 dekabr tarixində 95 yaşında vəfat edib. O, səhhətinə görə “təqaüdə çıxan” ilk Papa olub və ömrünün son 10 ilini monastırda yaşayıb.