Sabah, 13-16 oktyabr saat 06:00-dan saat 21:00-dək Bakı-Quba yolunun 29-31-ci kilometrlik hissəsində əsaslı təmir işlərinin aparılması məqsədilə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu haqda Oxu.az Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinə istinadən məlumat yayıb.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Yol polisi əməkdaşları təmir işləri zamanı nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün müvafiq şərait yaradacaqlar.