Bakı Slavyan Universitetinə yeni prorektor təyin olunub. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Əmrə əsasən, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Abbasov təhsil ocağının tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Bu haqda elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
E.Abbasov daha öncə Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb.