Bakı - Sumqayıt qatarında nasazlıq baş verib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub. Problem qısa zamanda aradan qaldırılmış, qatarın hərəkəti bərpa edilmişdir.
Qurum əlavə edib ki, bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.