“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 9, 10, 11, 12 iyul tarixlərinə olan hərəkət cədvəlini açıqlayıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az adıçəkilən quruma istinadən xəbər verir.
İyulun 9-12-si tarixlərində, Qurban bayramı ilə əlaqədar, qatarlar həftəsonu qrafikinə uyğun hərəkət edəcək. Bayram şənbə və bazar gününə təsadüf etdiyi üçün, bazar ertəsi və çərşənbə axşamı da qeyri-iş günü elan edilib.
Hərəkət qrafiki ilə tanış olmaq və bileti onlayn almaq üçün aşağıdakı linkə keçmək olar: