Bakı - Tbilisi marşrutu ilə uçan təyyarə geri qayıtmağa məcbur olub. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli reysini həyata keçirən hava gəmisi məntəqəyə çatmadan geri qayıdıb. Buna səbəb Tbilisi Hava limanı ətrafında əlverişsiz hava şəraiti olub.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.