Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432.284 ton yük daşınıb, ümumilikdə 2017-2022-ci illərdə bu xətt üzrə daşımaların ümumi həcmi 1.347.585 ton təşkil edib. Bu haqda bu gün, 16 yanvar tarixində Report “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verib.
"Bu marşrut üzrə yükdaşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilir", - qurumun açıqlamasında bildirilir.