Bakıda yerləşən Tibb Kollecinin hüquqi forması dəyişib. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
1 nömrəli Bakı Tibb Kolleci təşkilati-hüquqi formasını dəyişərək publik hüquqi şəxsə çevrildiyini elan edib.
Sözügedən təhsil müəssisəsi 1997-ci ildə yaradılıb. Burada 1700-dən artıq tələbə təhsil alır, 250-yə yaxın insan çalışır.