6-7 yanvar tarixlərində paytaxt ərazisində hava küləkli olacaq. Bu haqda bu gün, 5 yanvar tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakı və Abşeron yarımadasında küləyin sürətinin 15-20 m/s-a qədər artacağı gözlənilir.
Bəzi rayonlarda isə sürətin 28 m/s-dək yüksələcəyi ehtimal olunur.