Bakıda silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları 6-7 fevral tarixlərində paytaxt və respublikanın digər ərazilərində 1 ədəd qumbara və 167 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.