“Yeni Klinika” xəstəxanasına COVID-19 virusunu təmassız aşkar edə bilən aparat gətirilib. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Tibb müəssisəsinə gətirilən "Cobas® 6800" cihazı vasitəsilə "SARS-CoV-2” ailəsinə daxil olan bir neçə virusu, eləcə də hepatit, qrip və bir sıra başqa virusları tapmaq mümkündür. Aparat gün ərzində 376 nümunə işləmək gücünə malikdir.
Qapalı avtomatlaşdırılmış sistem olduğu üçün həm personal tərəfindən yarana bilən əl xətası, həm də analiz zamanı mümkün olan çirklənmə və yoluxma riski aradan qalxmış olur.