Bakıya elektrik mühərrikli avtobus gətirilib. Bu haqda bu gün, 19 aprel tarixində Bakupuls.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusunun uzunluğu 12 m təşkil edir və 33 sərnişin oturacağına sahibdir. Onun ümumi tutumu 82 nəfər təşkil edir. Avtobus bir dəfəyə ən çox 350 km məsafə qət edə bilir.
Hazırda nəqliyyat vasitəsi paytaxt küçələrində test olunması üçün gətirilib.
“Test müddətində elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq. Testin nəticələrinə əsasən, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək”, - deyə BNA-nın sədri Vüsal Kərimli bildirib.
[URIS id=97748]