top
Formula-1lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
19 sentyabr 2026, 14:24
- ↺ +

"Formula-1"lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran-Prisi 2026" ilə əlaqədar paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakuplus.az-a bildirilib ki, məhdudiyyətə uyğun olaraq müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

19 sentyabr saat 21:00-dan 21 sentyabr saat 00:00-dək 13 marşrutun hərəkət sxemi dəyişdirilir:

-1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək;

-125 nömrəli marşrut Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək;

-M9 nömrəli ekspres marşrutun "Həzi Aslanov" m/st. istiqamətində hərəkəti Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz sxemi üzrə təmin ediləcək.

21-26 sentyabr tarixlərində 26 marşrutun hərəkət sxemi dəyişdirilir:

- 1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək;

-20, 88A və 120E nömrəli marşrutların mərkəz istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri ilə təşkil ediləcək;

-M9 nömrəli marşrutun "Elmlər Akademiyası" m/st. istiqamətində hərəkəti Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək;

-5 nömrəli marşrut iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov" m/st. – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək;

-6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" m/st. – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək;

-61 nömrəli marşrutun Mərkəzi Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri (son dayanacaq məntəqəsi) ilə təşkil ediləcək;

-65 nömrəli marşrutun "İçərişəhər" m/st. istiqamətində hərəkəti Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) ilə təmin ediləcək;

-88 nömrəli marşrutun "28 May" m/st. istiqamətində hərəkəti Azadlıq prospekti və Füzuli küçəsi (son dayanacaq məntəqəsi) ilə təşkil ediləcək;

-10, 18, 31, 37, 53, 77 və 205 nömrəli marşrutların "İçərişəhər" m/st. istiqamətində hərəkəti Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri (son dayanacaq məntəqəsi) ilə təmin ediləcək;

-125 nömrəli marşrutun "28 May" m/st. istiqamətində hərəkəti Lökbatan dairəsi – İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi (son dayanacaq məntəqəsi) üzrə təşkil ediləcək;

-149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək;

-195E nömrəli marşrut Ələt qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək.

Qeyd edək ki, 72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər