Hindistanın aviaşirkəti Bakıya uçan zaman icazə almayıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hindistanın “IndiGo Airlines” şirkətinin pilotları “6E 1803” saylı Dehli-Bakı reysini yerinə yetirən zaman “Hava Hərəkətinə Nəzarət”dən (ATC) uçuş icazəsi almayıblar.
Bildirilir ki, təyyarəyə gözləməklə bağlı göstəriş verilsə də, buna əməl olunmayıb və hava gəmisi icazəsiz yola düşüb.
Məsələ ilə bağlı həmin reysin hər 2 pilotu hadisənin araşdırılması müddətinə vəzifəsindən kənarlaşdırılıb.
Araşdırmalar davam edir.