Bakı Zooloji Parkında 8-ci "Himayə Guşəsi" sərgisi keçiriləcək. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az zooparka istinadən xəbər verir.
İDEA Heyvanlara Qayğı Mərkəzi hər ayın son şənbə günü Bakı Zooloji Parkında it və pişikləri nümayiş etdirəcək. Vətəndaşlar heyvanlarla vaxt keçirə, onlara qulluq haqqında təlimat və məsləhətlər ala biləcəklər, eləcə də özlərinə vəfalı dost qazanmaq şansına sahib olacaqlar.
Ev heyvanına sahiblənmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə gələrək qısa müsahibədən keçə, öhdəlik sənədini imzalamaqla istədikləri heyvanı himayəyə götürə biləcəklər. Dördayaqlıları himayəyə götürmək ödənişsiz olacaq.
Tədbir 28 yanvar saat 10:00-14:00 arası baş tutacaq.