Bakı Zooloji Parkında saxlanılan tülkü, canavar və “Qırmızı Kitab”a daxil edilmiş tirəndazlar tıbiətə buraxılacaq. Bu haqda bu gün, 17 dekabr tarixində Azərtac parkın icraçı direktoru Nəzakət İsayevaya istinadən məlumat verir.
İsayeva, həmçinin qeyd edib ki, reintroduksiya layihəsi əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Şahdağ Milli Parkına nəcib marallar, Acınohur çölünə ceyranlar buraxılmışdır.
Bakı Zooloji Parkının fəaliyyət prinsipi ölkəmizin nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması, çoxaldılması və tarixi yaşayış yerlərinə qaytarılmasına əsaslanır.