top
Bakıda salınacaq tramvay yolları ilə bağlı YENİ AÇIQLAMA
09 sentyabr 2025, 11:20
- ↺ +

Bakıda salınacaq tramvay yolları ilə bağlı YENİ AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakıda müəyyən təhlillər aparılıb, istiqamətlər müəyyən olunub. İlkin olaraq tramvay xətlərinin "28 May"dan Azadlıq prospekti boyu üzü Binəqədi və Mehdiabada qədər, eyni zamanda "Pirşağı" dəmiryolu stansiyasından "Sea Breeze" istiqamətində çəkilməsi nəzərdə tutulur".

Bu sözləri baku.ws-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Ekspert hesab edir ki, Bakı küçələrinə yüngül relsli tramvaylar qaytarılmalıdır: "Bakının Baş Planında tramvayla əlaqəli LRT (Light Rail Transit) - klassik tramvayların (relslər + cərəyanötürücü ilə) olması qeyd edilib. Amma təqdimat dövründə və mediada ART (Autonomous Rail Rapid Transit) - relssiz tramvaylarla (naviqasiya sistemi olan çoxseqmentli avtobus) bağlı diskussiyaların getməsinin şahidi oluruq. Qeyd etmək lazımdır ki, təkərli tramvay hələ özünə təsdiq etməyib və Çində yalnız bir şəhərdə özünü göstərib. Çəkisi hardasa 50 tona bərabərdir. Onun avtomobil yollarına təsiri hələ ciddi suallar doğurur. Düşünürəm ki, Bakıda yeni salınacaq tramvay yolları relsli olmalıdır və bu istiqamətdə işlər görülməlidir. Bəzən sosial mediada müzakirələrdə insanlar arqument gətirirlər ki, yol zatən ensizdir və tramvayların gətirilməsi ilə hərəkət etmək mümkün olmayacaq. Lakin bilmək lazımdır ki, tramvayı ona görə gətirirlər ki, orada tıxac var. Yəni tramvay ciddi alternativ ictimai nəqliyyat növüdür və yerin üstündə yüngül relsli olduğundan imkanları daha genişdir. Bir tramvay eyni anda 300 sərnişini daşıya bilirsə, burada sadəcə platformaları daha uzun edib eyni qatara daha çox vaqon əlavə etməklə bu imkanı daha da artırmaq olar".

Ağamirzəyev əlavə edib ki, doğrudan da ciddi alternativ haqqında danışırıqsa, ictimai nəqliyyatı inkişaf etdirməliyik, xüsusən də onun relsli növünü: "Yəni yerin altında metrodursa, üstündə şəhərdaxili yollar üçün tramvaydır. Bunun hələ tramvay və dəmiryoluna keçidi yolları da var.

Nəqliyyatın relsli növünə qiymətindən asılı olmayaraq yatırım eləməliyik. Əgər biz doğrudan da problemi həll etmək istəyiriksə, onda bu ideal çıxış yollarından biridir. Bakıda fərdi nəqliyyat vasitələrindən qısa səfərlər üçün istifadə olunursa, tıxacla bağlı fəsadlar ortaya çıxacaq. Ötən ildən etibarən salınan avtobus yolları, ictimai nəqliyyatın daha sürətli hərəkət etməsi ilə nəticələnib. Daha böyük mikromobillikdən danışırıqsa, hökmən relsli növlər olmalıdır. Yerin üstündəki tramvay da mütləq şəkildə şəhərə qaytarılmalıdır".

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Oxşar xəbərlər