Bakıda avtobuslardan birinin marşrutu dəyişir. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
“Baksol” yolunda aparılan təmir-bərpa işləri ilə əlaqədar həmin ərazidən keçən 71 saylı marşrut xəttinin avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib. Həmin avtobuslar ancaq məhdudiyyət tətbiq edilən hissəyə qədər səfər edəcəklər.
Daha öncə paytaxtın Binəqədi rayonu, “Baksol” yolunun bağlandığı haqda məlumat verilmişdir.