“BakuBus” MMC başqa qurumun tabeliyinə verilib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
"BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyi dəyişdirilərək Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılır.