Bayram ərəfəsində Bakı avtovağzalından həyata keçirilən reyslərin sayı açıqlanıb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Əldə olunan məlumatlara əsasən, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara 2235 reys həyata keçirilib, 64.195 sərnişin vağzalın xidmətlərindən istifadə edib.
28 dekabr 2022-ci il tarixindən etibarən 5 yanvar 2023-cü il tarixinə qədər Bakı avtovağzalı gücləndirilmiş iş rejimində çalışıb.