Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3, gündüz isə 3-5 dərəcə isti olacaq.