Bakı Dövlət Universiteti (BDU) kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az təhsil ocağının mətbuat xidmətinə istinadən xəbər verir.
İmran Abdullayev 74 yaşında dünyasını dəyişib. O, BDU-nun Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi dosent vəzifəsində çalışırdı.
İmran Abdullayev 1973-cü ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini bitirib. İ.Abdullayev AMEA-nın Kibernetika İnstitutunda çalışırdı.