Bakı Dövlət Universitetinin (BDU) baş laborantı dünyasını dəyişib. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir.
Pakizə Əsədova 63 yaşında vəfat edib. O, BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının böyük laborantı vəzifəsində işləyirdi.
Pakizə Əsədova 1986-cı ildə BDU-nun Kimya fakültəsini bitirib. O, 1986-1990-cı illərdə BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasında laborant, 1990-cı ildən isə böyük laborant işləyib.