Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yüngül atletika üzrə respublika çempionu olub. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir.
Bir neçə gün əvvəl Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Atletika üzrə 40-cı qış ölkə çempionatı baş tutub.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin I kurs tələbəsi, atletika üzrə milli yığma komandanın üzvü Səkinə Hacızadə nüvə itələmə yarışı üzrə rəqiblərini qabaqlayaraq 1-ci yerə sahib olub.