Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Bakıda həbsdə olan erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri
"Mandatına uyğun olaraq, BQXK bu cür ziyarətlər zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır”, – deyə qurumdan bildirilib.
Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq paytaxta gətirmişdilər.