Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Bakıda həbsdə olan erməniəsilli şəxslərə baş çəkiblər. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Görüş yanvar ayının sonu və fevral ayının əvvəllərində baş verib. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraiti qiymətləndirilib.
Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyan Bakıda həbsdədirlər.