Bakıda beynəlxalq Çövkən Federasiyası təsis olunur. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Atçılıq Federasiyasının Baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan üçün idman federasiyasının beynəlxalq formasının təsis edilməsi bir ilkdir.
“Keçiriləcək Baş Assambleyada dünyanın bütün qitələrini əhatə edən 19 ölkədən nümayəndələr olacaq. Əminik ki, sabah sözügedən Beynəlxalq Çövkən Federasiyasının yaranmasını elan edəcəyik”, – deyə o əlavə edib.