Xəzər Dəniz Neft Donanmasına məxsus “İrgiz” təchizat-yedək gəmisi əsaslı təmir olunub. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az ASCO-ya istinadən xəbər verir.
“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir işləri çərçivəsində zədələnmiş sahələr dəyişdirilib, su nəqliyyatının sualtı və suüstü hissələri təmizlənib, eləcə də gəmidə 200 l-lik su qızdırıcısı quraşdırılıb.
Sınaqdan sonra “İrgiz” gəmisi yenidən istifadəyə verilib. Su nəqliyyatının uzunluğu 54,6, eni isə 11,6 m təşkil edir. Gəmi 4340 at güclü mühərrikə malikdir.