Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan “Biletim.az” portalı artıq satışlara start verib. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az məlumat verir.
İlkin mərhələdə 13 marşrut üzrə - Bakıdan Gəncə, Qazax, Bərdə, Mingəçevir, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkərana, eləcə də əks istiqamətə biletləri 10 gün əvvəldən əldə etmək olar. İlkin mərhələdə portala 25 daşıyıcı qoşulub.
Biletləri “biletim.az" saytından və yaxud “Biletim” mobil tətbiqindən almaq mümkündür.
Onlayn bilet satışı sistemi mərhələli şəkildə bütün daşıyıcıları və avtovağzalları əhatə edəcək.