“Biletim.az” portalına daha bir neçə məntəqə əlavə edilib. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Belə ki, portaldan artıq Bakı – Siyəzən və Bakı – Sabirabad marşrutları üzrə bilet almaq mümkün olacaq. Bundan əlavə, Bakı – Şabran, Bakı – Ağcabədi və Bakı – Oğuz marşrutları üzrə əlavə reyslər daxil edilib.
“Biletim.az” portalında 45 şəhər və rayona 68 istiqamət üzrə bilet almaq mümkündür. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 131, nəqliyyat vasitələrinin sayı isə 295-dir.