Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisində yerləşən yarımtikilidən 3000 manat dəyərində elektrik naqili və təmir alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı N.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.