Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda taksi sürücüsünü bıçaqlayan şəxs həbs olunub. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müşfiq Kərəmov (soyad şərtidir) 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə adıçəkilən sovxozda fəaliyyət göstərən “Diamond” çay evinin qarşısında baş vermişdi. Taksi sürücüsü Sabir Həsənov (soyad şərtidir) Müşfiqin sevgilisinə söz atıb. Bu səbəbdən Müşfiqlə sürücü arasında yaranan mübahisə bıçaqlanma ilə yekunlaşıb.