Bacısını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun qərarına əsasən, Azər Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin avqust ayında Binəqədi rayonunda A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı, 58 yaşlı Məlahət Əfəndiyevanı aralarında yaranan mübahisə zamanı döyüb. Aldığı zərbələrdən yıxılan M.Əfəndiyeva başı kafelə dəyərək vəfat edib.